Reklam
Vakıf Katılım
Tarih : 2020-02-19 15:03:00

Dövlət Vergi Xidməti: Bəyannamələrin tərtibi ilə bağlı yeni qaydalar müəyyənləşib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib edilməsi qaydası”nı və hesabat formasını yeni redaksiyada təsdiq edib.

Xidmətdən bildirilib ki, 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək yeni qaydalarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində, Bəyannamə Tərtibatı Proqramında müvafiq dəyişikliklər aparılacaq. Belə ki, Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ni Azərbaycan ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, eləcə də digər qanunvericilik aktları əsasında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərtib edib vergi orqanına verməlidirlər.

Vergiödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprel, iyul, oktyabr və yanvar ayları üzrə 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 finansinnabzi.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.