Reklam
Vakıf Katılım
Tarih : 2020-04-01 12:01:00

“Subaru” şirkəti yeni koronavirusa görə bütün dünyada istehsalı müvəqqəti dayandıracaq

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış şirkəti olan “Subaru” yeni koronavirusa görə bütün dünyada istehsalı üç həftə müddətinə müvəqqəti dayandıracağını bəyan edib.

Frame.az Kyodo agentliyinə istinadla xəbər verir ki, nəticədə şirkət tərəfindən təqribən 70 min avtomobil istehsal olunmayacaq.

Qeyd edilir ki, şirkət, həmçinin ölkə daxilində yeganə istehsal obyekti olan Qunma prefekturasındakı zavodunda da istehsalı dayandıracaq. Buna səbəb kimi, yeni koronavirusa görə detalların çatıdırılmasında yaranmış fasilə göstərilir. Bildirilir ki, şirkətin Qunmadakı zavodunda Şimali Amerika bazarları üçün nəzərdə tutulan “Ipreza” və “Forester” kimi modellər buraxılırdı. Bunun avtomobil istehsalçısının bütün dünya üzrə satışının 70 faizini təşkil etdiyi qeyd olunur.

Şirkətdən, həmçinin ABŞ-ın İndiana ştatındakı avtomobil zavodunun işinin bərpa ediləcəyi tarixin dəyişdiriləcəyi də bildirilib. Fəaliyyəti martın 23-də dayandırılmış zavodda işin əvvəl nəzərdə tutulduğu kimi, aprelin 7-də deyil, 20-də bərpa olunacağı gözlənilir.

Beləliklə, “Subaru” şirkəti də yeni koronavirusa görə istehsalı dayandırmış “Toyota Motor Corp.”, “Nissan Motor Co.” və “Honda Motor Co.” kimi şirkətlərin sırasına qoşulub.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 finansinnabzi.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.